Türkiyə parlamentində andiçmə keçirildi

İyunun 24-də ümumi seçkilərdə seçilmiş Türkiyə Böyük Millət Məclisinin deputatları bu gün baş tutan ilk iclasda and içiblər.

Yenicag.az xəbər verir ki, ənənəyə uyğun olaraq, toplantıya ən yaşlı millət vəkili, “Yaxşı Partiya”nın üzvü Durmuş Yılmaz başçılıq edib. Parlament sessiyasının açılışına Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılıb. Seçilmiş 600 məclis üzvündən hər biri andın mətnini oxuyub.

İqtidar Ədalət və İnkişaf Partiyasından spiker vəzifəsinə baş nazir Binali Yıldırımın namizədliyi irəli sürülüb. Xatırladaq ki, Türkiyənin prezident siyasi sisteminə keçidi ilə əlaqədar olaraq baş nazir vəzifəsi ləğv olunub. Spikerin seçilməsi parlamentin 12 iyul tarixində keçiriləcək növbəti toplantısında gözlənilir.

Qeyd edək ki, R.T.Ərdoğanın andiçmə mərasimi isə iyulun 9-da keçiriləcək.

COP29