Türkiyə parlamentində həyəcan – İnsanlar çıxarılır

turkiye-buyuk-millet-meclisi_esas2Türkiyə Böyük Millət Məclisindən insanlar evakuasiya edilir.

AzNews.az xəbər verir ki, bu barədə Türkiyənin Cumhuriyet qəzeti məlumat yayıb. Bildirilir ki, insanların evakuasiya olunması binaya hücum hazırlanması barədə daxil olan informasiya ilə əlaqədardır.

“Bizi basqın marədə məlumatlandırdılar. Məclis əməkdaşları təxliyə olunur”, – deyə Xalqların Demokratik Partiyasından (HDP) olan millət vəkili Ziya Pir qeyd edib.