Türkiyə Böyük Millət Məclisində (TBMM) təhlükəsizlik tədbirləri gücləndirilir.
Yenicag.az TRT-yə istinadən xəbər verir ki, parlament binasının ətrafı fasiləsiz təhlükəsizlik kameraları ilə müşahidə edilir.
TBMM-yə ziyarətçilərin sayının çoxluğu nəzərə alınaraq bir giriş qapısı daha açılıb. Bundan başqa, avtomobillərin park edilməsi üçün xüsusi kartlar dövriyyəyə buraxılıb.
Qeyd edək ki, TBMM oktyabrın 1-də fəaliyyətə başlayacaq.