!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə parlamentinə sədr seçiləcək İsmayıl Qəhrəman kimdir? – FOTOLAR

!Reklam – Yazi
ismail-kahraman-istifa-eden-rektor-yilmaz-soy-4916834_oTürkiyə Böyük Millət Məclisinin sədrliyi üçün namizədlərin irəli sürülməsi başa çatıb. Namizədlərin irəli sürülməsi prosesi noyabrın 17-də başlayıb və bu gecə yerli vaxtla saat 00.00-da (Bakı vaxtilə saat 02.00) başa çatıb.
Türkiyə parlamentinin sədrliyinə dörd namizəd var: hakim Ədalət və İnkişaf Partiyasının
İstanbul millət vəkili İsmayıl Qəhrəman, Cümhuriyyət Xalq Partiyasının (CHP) Ankara millət vəkili Gülsün Bilgəhan, Milliyətçi Hərəkat Partiyasının (MHP) Kayseri millət vəkili Yusif Halaçoğlu, Xalqların Demokratik Partiyasının (HDP) İstanbul millət vəkili Dengir Mir Mehmet Fırat.
TBMM sədrinin seçkisi bu gün yerli vaxtla saat 15.00-da başlayacaq. Sədrin seçilməsi üçün millət vəkillərinin üçdə ikisinin (367) səsi toplanmalıdır. İlk iki turda lazım olan səs toplanmasa, mütləq çoxluğun (276) səsini qazanan namizəd spiker seçiləcək. Üçüncü turda da qalib müəyyən edilməsə, ən çox səs toplayan iki namizəd dördüncü tura keçəcək və onlardan daha çox səs toplayanı Türkiyə parlamentinin sədri olacaq(musavat.com).
Yenicag.az xəbər verir ki, iqtidar partiyası 317 millət vəkilinə sahib olduğundan digər partiyalar dəstək verməsələr də, üçüncü turda İsmail Qəhrəman Türkiyə Böyük Millət Məclisinin yeni başqanı seçiləcək. Qeyd edək ki, deputatların and içməsi zamanı Prezident Ərdoğan İ.Qəhrəmanı yanında oturdaraq, mesajını vermişdi. İ.Qəhrəman AKP-nin ağsaqqallarından hesab olunur. Ərbəkan hökumətinin sabiq mədəniyyət və turizm naziri olan Qəhrəman bu gün Türkiyədə hakimiyyətdə olanların əksəriyyətinin şinelindən çıxdığı Milli Türk Tələbə Birliyinin sədri olub. 1 noyabr seçkilərində İstanbul 1-ci seçki dairəsindən AKP-nin 1-ci namizədi olaraq, seçkiyə qatılıb. Həm milli görüşçülər, həm də AKP içində ciddi nüfuz sahibidir.
12191755_1048408121844561_6883116033072960366_n
İsmayıl Qəhrəman (AKP) 
 
 
Gülsün Bilgəhan (CHP) 
 
Yusif Halaçoğlu (MHP)
 
 
Dengir Mir MehmetFırat (HDP)

www.yenicag.az

547
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv