Türkiyə parlamentinin spikeri: “Azərbaycanda Gülənə işləyən KİV-lər var”

Bakıda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycan hakimiyyətinin Fətullah Gülənin terrorçu hərəkatı ilə mübarizəsini yüksək qiymətləndirib.

Yenicag.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat dərc edib.

Bununla belə, o, Milli Məclisin spikeri Oqtay Əsədovla görüşdə o, Gülən hərəkatı ilə bağlı olan bir sıra KİV-lərin fəaliyyətlərini davam etdirməsindən təəssüfləndiyini bildirib.

“Gülən hərəkatı ilə mübarizədə əməkdaşlıq iki qardaş ölkənin tərəfdaşlıq ruhuna cavab verir”, – Şentop deyib.

Onun sözlərinə görə, Azərbaycan Türkiyənin xarici siyasətində önəmli yer tutur və Ankara regional və beynəlxalq səviyyədə Bakının maraqlarının müdafiəsinə can atır.

Spiker həmçinin Azərbaycanla Şimali Kipr Türk Respublikasının (ŞKTR – KKTC) dialoqunun əhəmiyyətini qeyd edib.

“ŞKTR parlamentinin nümayəndə heyətinin Bakıya səfəri faydalı oldu. Azərbaycanın dəstəyi kiprli türklərin mənəvi durumu və Kiprdə münaqişənin ədalətli tənzimlənməsi baxımından vacibdir”, – Şentop vurğulayıb.

Öz növbəsində, Milli Məclisin spikeri türkiyəli həmkarını yüksək vəzifəyə seçilməsi münasibətilə təbrik edib və ona işində uğurlar arzulayıb.

Əsədov xatırladıb ki, bu günə qədər Bakı ilə Ankara arasında 230 müxtəlif saziş imzalanıb və 30 saziş də imzalanmağa hazırlanır./Virtualaz.org /

COP29