!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Türkiyə parlamentinin və bələdiyyələrin Xocalı soyqırımını tanıma planı hazırdır” - Nurəddin Aras

!Reklam – Yazi

Türkiyənin Azərbaycan əsilli İğdır millət vəkili Nurəddin Arasın Yeniçağ.Az-a müsahibəsi

– Nurəddin bəy, Xocalı Soyqırımının 25 ili də tamam oldu. Ancaq hələ də bu cinayəti törədənlər nə cəzalandırıldı, nə də torpaqlarımızı işğal edənlər geri çəkildi…

– Hal-hazırda Qarabağ müasir zamanların qətliamlarının yer aldığı bir səhnədir. Bu, “mədəniyəm” deyə, ortalıqda gəzən, amma müasir bütpərəstliyə mübtəla olan qərblilər ikili standartlarla Azərbaycan hüquqlarını göz görə-görə pozan Ermənistana və onun tərəfdarlarına göz yumur. Bu, qəbul edilə bilməz. Ermənilər işğalçılıq siyasətini dayandırıb, işğal etdiyi ərazilərdən – qədim türk torpağı olan Dağlıq Qarabağ Muxtar bölgəsindən dərhal geri çəkilməlidirlər. Onlar Xocalıda olduğu kimi bütün Qarabağ ərazisində bəşəri cinayət törədiblər. Hazırda işğal altında olan 7 rayonda və Dağlıq Qarabağda bizim mədəniyyətimizə aid olan abidələri yox etməyə çalışır, eyni zamanda bir mədəniyyət terroru və mədəniyyət soyqırımı həyata keçirirlər. Bunu bilməlidirlər ki, oralar türkün qoxusunu daşıyır. 7 dekabr 1988-ci ildə “Türksüz ölkə” günü qeyd edərkən Deninak zəlzələsini yaşadılar. Bu, onlara ilahi ədalətin bir dərsiydi. Hələ də qanmaza bənzəyirlər. Mütləq bir gün Qarabağda üçrəngli bayraq ucaldılacaqdır. İstəyirik ki, bu, sülh yolu ilə olsun. Bu ağrılar bizə bir şey öyrədir. Nədir o? Biz hər zaman hazırıq. Bizi çağırdıqları zaman hazır olduğumuzu və hərəkətə keçməyi gözlədiyimizi bildirmək istəyirəm.

– Aprel ayındakı hadisələrdən sonra illərdən bəri susan ATƏT bir anda hərəkətə gəldi və Azərbaycandan müharibəni dayandırmasını tələb etdi. Yenidən bölgədə qarşıdurmalar var və Azərbaycanın bir az da irəlilədiyi barədə yaxşı xəbərlər gəlir. Sizcə, bu ATƏT-i artıq dinləməməyin vaxtı çatmayıbmı?

– Birləşmiş Millətlər Təşkilatının 822, 853, 874 və 884 saylı qətnamələri var. Ermənistan işğal edilən torpaqlardan dərhal çəkilməlidir. Amma bu ərköyün dövlət mənəvi mənada bağlı olduğu Qərb dövlətləri tərəfindən qorunmaqdadır. Dünyadakı bütün siyasi və qeyri-hökumət təşkilatlarının işğal edilən torpaqlardan “çəkilməsi lazımdır”, “azad etməsi lazımdır”, “boşaltması lazımdır” kimi xəbərdarlıqlarına baxmayaraq, bunlar müqavimət göstərməkdə davam edirlər. Yalnız Birləşmiş Millətlər deyil, Avropa Parlamenti, Minsk Qrupu, İslam təşkilatlarının da bu mövzuda vermiş olduğu qərarlar var. Onlar işğalçı mövqeyindədirlər. “Oldu-qurtardı” söhbətini aparmaq istəyirlər, amma Azərbaycan bugünkü sərhədi əsla qəbul etməyəcək. Köhnə sərhədlərin bərpa olunması vacibdir.

– Nurəddin bəy, son olaraq, siz keçən il də Xocalı soyqırımının tanınması məsələsini TBMM-də dilə gətirdiniz. Millət vəkili seçilməzdən əvvəl də davamlı olaraq, bu mövzuya diqqət göstərirdiniz. Bildiyimizə görə, bütün milli partiyaların da bu mövzuda fikirləri eynidir. Niyə bu mövzuda hələ də bir irəliləmə əldə edilmir?

– Xocalı ilə əlaqəli ilk işləri görən İğdır bələdiyyəsinin sədri olaraq mən bu məsələdə Türkiyə və Avropada hal-hazırda irəliləyiş əldə etdiyimizi düşünürəm. Ona görə də önümüzdəki həftələrdə, aylarda yaxşı bir hazırlıq işləri görərək, TBMM-də Xocalı soyqırımının gündəmə gətirilməsini planlaşdırırıq. İnşallah, biz məclisimizdə digər bələdiyyə sədrlərimizə, təşkilatlarımıza da Xocalının bir soyqırım kimi qəbul edilməsi ilə bağlı qərar almalarını tövsiyə edəcəyik. Bu mövzuda da sıx təmaslarımız olacaq.

 

Söhbəti qələmə aldı: Aytək Yusifsoy
Yeniçağ.az

www.yenicag.az

707
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv