Türkiyə parlamentnin sədri: “Ermənistan islaholunmaz terror dövlətidir”

“Mülki əhalinin hədəfə alınması göstərir ki, Ermənistan təkcə Azərbaycan üçün təhdid deyil, bölgədə sülhə təhlükə yaradan islaholunmaz bir terror dövlətidir. Bu təxribatlara görə ancaq Ermənistan məsuliyyət daşıyır”.

Yenicag.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Ermənistanın cəbhə xəttində törətdiyi genişmiqyaslı təxribatlarla bağlı açıqlamasında deyib.

“Türkiyə bütün gücü ilə Azərbaycanın yanında olmaqda davam edəcək”, – o əlavə edib.