Türkiyə polisindən uğurlu əməliyyat: Məşhur terrorçu zərərsizləşdirildi

Türkiyə polisi Diyarbəkirdə uğurlu antiterror əməliyyatı keçirib.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat nəticəsində “Şahin” ləqəbli terrorçu tutulub.

Türkiyə təhlükəsizlik qüvvələrinin verdiyi məlumata görə, əməliyyat məxfi məlumat əsasında keçirilib.

“Şahin” ləqəbli terrorçunun təşkilata yeni üzvlər toplamaq və narkotik maddələrin dövriyyəsi ilə məşğul olduğu bildirilib.