Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü ildə keçiriləcək prezident seçkilərində namizəd olacağını təsdiqləyib.
Yenicag.az xəbər verir ki, Ərdoğan bu barədə çıxışında bildirib.
O, Cümhuriyyət Xalq Partiyasının “CHP) sədri Kamal Kılıçdaroğluna müraciət edərək onların da (“Millət” İttifaqının – red.) öz namizədlərinin kimliyini açıqlamasını istəyib:
“Qaçacaq yerin yoxdur, “Bay Kamal”. Elə hey, “Cumhur” İttifaqının namizədi bəlli olsun”, – deyirsən. Budur, söyləyirəm. “Cumhur” İttifaqının namizədi Tayyib Ərdoğandır”.