Türkiyə prezidenti Vatikanda rəsmi səfərdədir – 59 ildən sonra ilk dəfə

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Papa Fransisklə görüşmək üçün Vatikana rəsmi səfər edib.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Ərdoğan İtaliya və Vatikana səfəri çərçivəsində çoxsaylı dövlət rəsmiləri ilə görüşəcək. Onun ilk görüşü Papa Fransisklə olacaq. Söhbətin müddəti 1 saat müəyyənləşib.

Qeyd edək ki, 59 ildən sonra ilk dəfə olaraq Türkiyə prezidentinin Vatikana rəsmi səfəri baş tutub.