!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə prezidentindən müxalifətə "azərbaycanlı qardaş" mesajı - FOTO

!Reklam – Yazi

“Ölkəmizi belə bir fəlakətin astanasına gətirənləri Allahın qəhr etməsini istəyirəm. Şəhidlər ölməz, bizim borcumuz şəhidlərin xatirəsini yaşatmaqdır”.

Bunu bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qərargahında təşkil edilən “15 Milli iradənin zəfəri” mövzusunda paneldə bildirib.

Şəhidlərin xatirəsinə İstanbulda və digər şəhərlərdə ucaldılan abidələrin açılışının olacağını söyləyən R. T. Ərdoğan 15 iyuldan 16 iyula keçən gecə İstanbulda açılışa bütün xalqı dəvət edib: “15 iyul milli tariximizin simvollarından biri olub. Ancaq 1 il keçməsinə baxmayaraq, 15 iyulun əhəmiyyətini bilməyənlər var. Belələrinin başında müxalifət partiyasının sədri də var. Mövlana ağaca su verməyi ədalət, dikənə su verməyi zülm kimi qiymətləndirir. Hərbi çevriliş cəhdində iştirak edənləri müdafiə edən Kamal Kılınçdaroğlu dikənə su verir. Xəstə olduğunu, azadlığa buraxılmasını istədikləri Mardin bələdiyyəsinin keçmiş sədri Əhməd Türkün yürüşdə iştirak etdiyini gördük. Onlar Vətənə xəyanət edənlərin hamısını qucaqlaya bilər, amma biz bunu etmədik, etməyəcəyik. Biz hər bir terrorçunu məhv etməyə söz verdik. Ana müxalifətin başında duran şəxs 15 iyulda İstanbulda orada-burada gizlənməkdənsə xalqın öünə çıxsaydı, daha yaxşı olardı. Tanklar aeroportdan çəkiləndən sonra Bakırköy bələdiyyə sədrinin evinə qaçan CHP sədri o deyildimi? Ərdoğan gəlsə, orada alardım deyirdi. Xalq orada idi, niyə orada olmadın? Əgər lider daşın arxasında gizlənsə, xalq dağın arxasında gizlənər. Bunlar daşın arxasında gizlənənlərdir. Biz min kilometrlərlə yol çəkdik, bunların 3 həftəlik yürüşü qədər səs çıxarmadıq. Hamburqda G20 sammitində 25 günlük aksiyada nələr baş verdi? Bunlar Türkiyədə 3 həftə yürüş keçirdilər, hansı səviyyədə təhlükəsizlikləri təmin olundu? Türkiyədə hüquq və azadlıqların təminatçısı AKP iqtidarıdır”.

Türkiyədə heç kəsin həyatına, yaşamına qarışılmadığını vurğulayan Türkiyə prezidenti həmişə hüquq və azadlıqların təmini uğrunda mübarizə apardıqlarını söyləyib: “Mən açıq danışıram. Küçədə mübarizədən danışan o CHP sədri küçəyə çıxmaz duruma düşər. Biz CHP hakimiyyətinin azərbaycanlı qardaşlarımızı Boraltan körpüsündə ölümə təslim etdiyini unutmadıq. Menderesi edam kürsüsünə yolladıqlarını unutmadıq. AKP-ni qapatmaq üçün hansı yollara baş vurduqlarını da unutmadıq”.

R. T. Ərdoğan qeyd edib ki, CHP-nin yürüşünü 15 iyulla müqayisə etməsi yersizdir: ” 15 iyul hərbi çevriliş cəhdinin dəf edilməsindən sonra milli birliklə bağlı mitinqə də CHP sədri son anda gəldi. Onlar 15 iyulu televiziya ekranları qarşısında izlədilər. 80 milyonluq xalqımızın mübarizəsini CHP sədri görə bilmir. İndi deyilər ki, həbs olanlar azad edilsin, fövqəladə vəziyyət rejimi ləğv olunsun. CHP sədrinin bu sözləri şəhidlərə, qazilərə, qazi parlamentimizə, hökumətimizə, məhkəmələrimizə hörmətsizlikdir. CHP sədrinin söylədiklərindən məmnun olanlar FETÖ-çülər, PKK terrorçularıdır. Məhkəmələrimiz hərbi çevrilişdə iştirak edənlərə və onlara dəstək verənlərə cəzalarını verənə qədər bu mübarizə davam edəcək. Fövqəladə vəziyyət rejimi terror təşkilatları ilə mübarizəyə ehtiyac qalmayana qədər davam edəcək. 2019-cu ildə keçirilən seçki ilə prezident üsul-idarəsinə keçəcəyik. Türkiyədə bir daha çevriliş həyata keçirə bilməyəcəklərinin narahatlığını keçirirlər. Çünki görürlər ki, bu millət tankların, təyyarələrin qarşısında durduğu üçün bu milləti asanlıqla aşa bilməyəcəklər. Biz “Tək millət, tək bayraq, tək Vətən, tək dövlət” deyirik. CHP sədri hələ də bunu başa düşmədi. Hans, Corc bizə deyir ki, həbs edilənlər azad olunsun. Biz onlara söz deyəndə, deyirlər ki, məhkəmələrimiz var. Bizim də məhkəmələrimiz var. Ölkəmizin üzərində oyun oynayanlar, onlara alət olanlar FETÖ-çülərin acı aqibətini paylaşmağa hazırdırlarmı? Biz bu torpaqları qanımızla suvarmışıq”.

Ərdoğan: “Əsas hədəf Türkiyədir”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əsas hədəfin Suriya, İraq, Qətər deyil, Türkiyə olduğunu bəyan edib.

R. T. Ərdoğan Türkiyədə 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qərargahında təşkil edilən “15 Milli iradənin zəfəri” mövzusunda paneldə çıxışında deyib ki, Türkiyənin Suriya, İraq və Qətərlə nə üçün maraqlandığını deyənlər var.

Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun belə mövqedən çıxış etdiyini qeyd edən R. T. Ərdoğan deyib ki, məsələnin Türkiyə olduğunu anlamayıb, Ankaradan İstanbula yürüş keçirənlərə Allah ağıl versin.

Yenicag.az

www.yenicag.az

951
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv