Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Türkiyə prezidentinə qarşı sui-qəsd cəhdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Balkanlara səfəri zamanı ona qarşı sui-qəsd cəhdi edilə bilər.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Türkiyənin kəşfiyyat xidmətinə Makedoniyanın paytaxtı Skopyedə yaşayan türklərdən və Qərbin kəşfiyyat xidmətlərindən məlumat daxil olub.

Skopyedə yaşıyan türklər bildirib: “Şaiyələr gəzir ki, prezident Ərdoğanın Balkan yarımadası ölkələrinə səfəri zamanı ona qarşı sui-qəsd cəhdi olacaq”.

Qərb kəşfiyyat xidmətləri isə hətta sui-qəsdin kimlər tərəfindən təşkil olunacağını da açıqlayıblar: “Türk əsilli bir qrup insan Ərdoğana qarşı onun Balkanlara səfəri zamanı sui-qəsd hazırlayır”.

Fərqli mənbələrdən oxşar məlumatlar əldə edən Türkiyənin təhlükəsizlik qüvvələri hazırda məsələ ilə bağlı araşdırma aparır.

www.yenicag.az

6402
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM