Türkiyə Prezidentinin Azərbaycana səfər proqramı açıqlandı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Şimali Kipr Türk Respublikasına səfər edəcək.

Yenicag.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Ərdoğan Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarla görüşəcək. Türkiyənin Kipr problemi və Şərqi Aralıq dənizindəki yol xəritəsi ilə bağlı çıxış edəcəyi gözlənilir.

Qeyd olunub ki, Türkiyə liderinin xaricə səfərləri bu gündən başlayır.

Həmçinin əlavə olunub ki, Ərdoğan sabah Azərbaycana səfər edəcək.

Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Ölkə liderləri Ankara ilə Bakı arasında əməkdaşlığın daha da gücləndirilməsi məsələsini müzakirə edəcəklər.

Azərbaycan və Türkiyə Prezidentləri həmçinin Azərbaycan və Ermənistan arasında dialoq prosesində əldə olunan irəliləyişi də müzakirə edəcəklər.

Qafqaz regionunda daimi sülh və sabitliyin təmin olunması üçün mesajlar veriləcək.

COP29