Türkiyə prezidentinin Azərbaycana səfəri niyə təxirə salınıb?

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfərinin təxirə salınmasının səbəbi açıqlanıb.

Yenicag.az xəbər verir ki, Türkiyə prezidentinin Azərbaycana səfərinin təxirə salınması iş qrafikinin sıxlığı ilə bağlıdır. Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə açıqlamasında bildirib. Lakin diplomat detalları açıqlamayıb.

Qeyd edək ki, R.T.Ərdoğanın Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı iclasında iştirak etmək üçün Azərbaycana sentybarın 10-11-də gələcəyi planlaşdırılırdı.

Yenicag.az

COP29