Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş hərbi müşaviri (baş yavəri) Ali Yazıçı saxlanılıb.
Bu barədə Türkiyənin Anadolu agentliyi məlumat yayıb.
Yavərin saxlanılmasına səbəb kimi 15 iyul dövlət çevrilişinə cəhd göstərilir.
***
Türkiyə mətbuatında yayılan digər məlumatda Ali Yazıçının iyulun 15-də Prezident Rəcəb Tayyib Ərdoğanla birlikdə Marmarisdə deyil, Ankarada olduğu bildirilir.
Prezident Sarayının baş katibi Fəxri Kasırğanın qaçırılmasında Albay Yazıçının əli olduğu iddia edilir.(Azvision)