!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə Qaşıqçı cinayəti ilə bağlı bütün sübutları ABŞ kəşfiyyatı ilə paylaşıb

!Reklam – Yazi

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı jurnalist Camal Qaşıqçının qətli ilə bağlı əllərində olan bütün dəlilləri ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Cina Haspelə göstəriblər.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, təhqiqat çərçivəsində əldə olunan video çəkilişlər və səs yazıları da daxil olmaqla, bütün dəlillər MKİ rəhbərinə təqdim edilib.

Bu ərəfədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Cina Haspel Camal Kaşıkçının qətli ilə bağlı yaranmış vəziyyəti Türkiyənin yüksək vəzifəli şəxsləri ilə müzakirə etmək üçün Ankaraya gəlib.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ağ ev hadisə ilə bağlı qərarını onun raportundan sonra elan edəcək.

İndiyədək krallıqda cinayət işi ilə bağlı 18 nəfər həbs olunub. Səudiyyə Ərəbistanının kralı mərhumun ailə üzvlərini qəbul edərək onlara başsağlığı verib.

www.yenicag.az

3727
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv