Türkiyə qərarını verdi: Bayram namazı Kandildə qılınacaq!

Türkiyə Silahlı Qüvvələrinin İraqda terrorçulara qarşı apardığı əməliyyat davam edir.

Yenicag.az xəbər verir ki, hazırda Türkiyə hərbçilərinin əməliyyatın aparıldığı bölgədə terrorçuların özlərinə məskən seçdikləri Kandil dağından 12 km məsafədə olduğu bildirilir. Lakin qısa zamanda bu strateji yüksəkliyin də ələ keçirilməsi nəzərdə tutulub.

TSQ-nin Baş Qərargahının açıqladığı son məlumatlara görə isə, Kandil dağı Ramazan bayramına qədər ələ keçiriləcək. Hətta türk əsgərlərinin bayram namazını da məhz Kandil dağında qılacağına inam ifadə olunur.

COP29