!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə-Qərb münasibətləri POSTSEÇKİ DÖNƏMİNDƏ: “Ərdoğana ünvanlanan təbriklər göstərir ki...” – RƏY

!Reklam – Yazi

“Qərb dövlətləri təzyiq vasitəsilə Türkiyədə hər hansı dəyişikliyə nail olmağın mümkünsüzlüyünü gördülər”.

Bu fikirləri Türkiyədə keçirilən prezident və parlament seçkilərindən sonra Qərbin aparıcı dövlətlərinin Rəcəb Tayyib Ərdoğan iqtidarı ilə münasibətlərinin perspektivini şərh edən Siyasi Texnologiyalar Mərkəzinin (STM) prezidenti Vəli Əlibəyov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Ərdoğanın prezident, onun lideri olduğu blokun isə parlament seçkilərində qalib gəlməsi Qərbin Türkiyəyə münasibətində ciddi korrektələr edə bilər:

“Öncə bir məqama toxunmaq istərdim ki, müxtəlif situasiyalarda öz baxışlarını təzahür etdirməməyi bacaran qərblilərdən fərqli olaraq, Şərq insanı öz səmimiliyindən irəli gələrək, mövqeyini hər zaman açıq büruzə verir.

Türkiyədə prezident seçkilərinin ikinci turunun nəticələri bəlli olduqdan sonra bir çox Qərb dövlətlərinin liderləri də eynilə şərqlilər kimi davranaraq, Ərdoğanı təbrik etdilər və onunla işləmək niyyətlərini bildirdilər.

Bəli, son dönəmlərdə Qərbin Türkiyəyə qarşı təzyiqləri xeyli güclənmişdi və bu basqılar seçki kampaniyasının davam etdiyi müddətdə daha da artmışdı. Ancaq bütün bunlara baxmayaraq, Ərdoğan seçkilərdən qalib çıxdı və kənar təzyiqlərin bir işə yaramadağını nümayiş etdirdi.

Sözsüz ki, seçkilərin nəticələri Qərb üçün də çox ciddi göstəricidir. Ərdoğana ünvanlanan təbriklərə əsasən deyə bilərik ki, Avropa ilə ABŞ-nin seçkilərin nəticələrinə dair iradları yoxdur.

O baxımdan, Ərdoğanın prezident, onun lideri olduğu blokun isə parlament seçkilərində qalib gəlməsi Qərbin Türkiyəyə münasibətində ciddi korrektələrə yol aça bilər.

Qeyd olunanları nəzərə aldıqda, Türkiyənin Qərbdəki müttəfiqləri ilə münasibətlərindəki gərginliyin əməkdaşlıqla əvəzlənəcəyi ehtimalı yüksəkdir. Ancaq tərəflərin əməkdaşlıq imkanlarını necə dəyərləndirəcəklərini indidən söyləmək çətindir”.

A.Zeynalov

www.yenicag.az

313
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv