Türkiyə Qərbdən oğurlanmış heykəlləri tələb edir

Türkiyə artıq neçə illərdir ki, istər qanuni, istərsə də diplomatik yollarla ölkəsindən oğurlanmış artefaktları geri almağa çalışır. Ölkə oğru və qaçaqmalçıların ucbatından antik sərvətini itirən dövlətlər arasında liderdir.

Yaxın günlərdə Türkiyə hələ Osmanlı dövründə oğurlanmış minlərlə heykəli qaytarmağa hazırlaşır. Bu həftə üzərində mifoloji qəhrəman Qeraklın 12 igidliyi həkk olunmuş sarkofakın respublikaya gətiriləcəyi gözlənilir. Heykəl 2010-cu ildə İsveç limanlarından birində aparılan inventarizasiya nəticəsində üzə çıxıb. 2015-ci ilin sentyabrında Cenevrə Baş Prokurorluğu Roma imperiyası dövrünə aid olan artefaktı Türkiyəyə qaytarmaq barədə qərar qəbul edib.

Bundan başqa Türkiyə kəskin bəyanat da verib: bir sıra Avropa dövlətləri ölkədən qeyri-qanuni yolla çıxartdıqları qədim əşyaları geri qaytarmasalar həmin ölkələrin arxeoloqlarına qazıntı işləri aparmağa icazə verilməyəcək. Bu arada Türkiyə dövləti Luvrdan Osmanlı dövrünə aid olan güllü keramik lövhələri də tələb edir. Ankaranın iddiasına görə, həmin keramik lövhələr III Sultan Murad və II Sultan Səlimin məqbərələrini bəzəyib.

Türkiyə eyni zamanda ona aid olan bir sıra tarixi abidələri geri qaytarmaq üçün ABŞ, Rusiya, Almaniya, Yunanıstan və İranla danışıqlar aparır.

COP29