Qətər ərazisində Türkiyəyə məxsus ikinci hərbi bazanın tikintisi başa çatıb.
Yenicag.az xəbər verir ki, yeni bazanın açılışı bu ilin payızında baş tutacaq.
Açılış mərasimində Qətər əmiri Tamim bin Həməd əl Tani və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, Türkiyənin Qətərdəki ilk hərbi bazası paytaxt Dohadan cənubda 2015-ci ilin oktyabrından fəaliyyət göstərir. Bazada 3 minədək hərbçi xidmət edir./Trend/