Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Türkiyə Qətərdəki hərbi kontingentin sayını artırdı

Türkiyə Qətərdəki hərbi kontingentinin sayını min hərbçiyə qədər artırıb.

Yenicag.az xəbər verir ki, bu barədə Qətərin “Əl Cəzirə” televiziyasının bu gün yaydığı məlumatda bildirilir.

Telekanalın verdiyi məlumata görə, Türkiyə hərbçilərinin ikinci qrupu ötən gün Qətərə gəlib.

Türk hərbçilər Rarik bin Ziyad hərbi bazasında Qətər Silahlı Qüvvələri ilə birgə təlimlər keçirəcək.

Təlimlərin dəqiq vaxtı hələ bilinmir.

Qeyd edək ki, Qətərlə Türkiyə arasında 2016-cı il, noyabrın 10-da imzalanmış hərbi razılaşma iyunun 9-dan etibarən qüvvəyə minib.

Bundan əvvəl Türkiyədə, Qətər ərazisində türk hərbi varlığını artırmaq barədə iki ölkə arasındakı müqavilənin ratifikasiya edilməsi barədə qanun qəbul edilmişdi.

Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər. Sonra digər ölkələr Qətərlə münasibətləri dayandırdığını və ya azaltdığını bildirib.

Yenicag.az

www.yenicag.az

454
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM