Türkiyənin Qətərdə ordu yerləşdirməsi ilə bağlı beynəlxalq müqavilə ölkə parlamentinə göndərilib.
Yenicag.Az Türkiyə mediasına istinadən xəbər verir ki, ölkənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Qətərdə Türkiyə hərbi bazasının yaradılması və bu ərəb dövləti jandarm qüvvələrinə təlim keçməsini nəzərdə tutan beynəlxalq anlaşmanı Böyük Millət Məclisinə (TBMM) təqdim edib.
Məlumata görə, ilkin olaraq, TBMM-nin Məşvərət Şurasında müzakirə olunacaq həmin müqavilələr bəyənilərsə, o zaman sözügedən sənədlər ümumi müzakirəyə çıxarılacaq.