TBMM-nin Qətər dostluq qrupunun sədri: “Böhranın tezliklə sülh yolu ilə həll olunmasını arzu edirik”
Körfəz ölkələri arasında yaranan böhranla əlaqədar Türkiyə Böyük Millət Məclisinin Qətər dostluq qrupunun sədri, AK partiya Siirt millət vəkili Yasin Aktay Yenicag.az-a danışıb.
“Birdən-birə yaranan böhranın səbəblərini dərindən araşdırmağa davam edirik. Qətər kimi Türkiyəyə dost və müttəfiq bir ölkənin digər dövlətlər tərəfindən təcrid olunma siyasətinə məruz qalmasına icazə verilməyəcək. Cənab prezidentimiz ilk gündən etibarən mövqeyini açıqladı və hal-hazırda da bu siyasətimiz davam etdirilir. Xarici işlər nazirinin Qətərə rəsmi səfəri dost və müttəfiq ölkəyə verdiyimiz dəstəyin ifadəsi idi. Müasir dövrdə bir ölkəyə qarşı təcrid siyasətinin tətbiq edilməsinin nəticə vermədiyini dəfələrlə görmüşük. Biz inanırıq ki, Qərb ölkələri də bunu bizim qədər anlayır. Böhranın Körfəz ölkələri arasında razılaşdırılaraq həll edilməsinin tərəfdarıyıq. Türkiyə parlamenti də bu prosesdə üzərinə düşən vəzifəni yerinə yetirəcəkdir.”