!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə Qızıl Aypara Cəmiyyəti: "FETÖ dünya ictimaiyyətində də yanlış rəy yaradır"

!Reklam – Yazi

“Keçən il 15 iyul hərbi çevrilişə cəhd gecəsi, saat 22.00-23.00 radələrində Türkiyə Qızıl Aypara Cəmiyyətinin əməkdaşlarını prezidentimiz Rəcəb Tayyib Ərdoğanın çağırışına uyğun olaraq, insanların toplaşdıqları yerlərə getməyi tapşırdıq”.

Yenicag.az-ın Türkiyəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu Türkiyə Qızıl Aypara Cəmiyyətinin prezidenti Kərəm Kınık.

15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı Türkiyədə səfərdə olan bir qrup Azərbaycan və xarici media mənsubları ilə görüşdə bildirib.

Qızıl Aypara Cəmiyyətinin missiyasının təbii fəlakətlər də daxil olmaqla, ümumən fəlakətlər dövründə cəmiyyətə yardım etmək olduğunu söyləyən K. Kınık deyib ki, həmin gecə Türkiyə Qızıl Aypara Cəmiyyətinin Ankara üzrə şöbə müdiri Sərhad Öndər Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah binasının önündə şəhid olub:

“15 iyulda Fətullahçı Terror Təşkilatı hərbi çevriliş cəhdinin qarşısı alındı. Biz də bu terrorçu təşkilatla əlaqəsi olanları Qızıl Aypara Cəmiyyətindən xaric etdik. Bir məqamı qeyd edim: biz hərbi çevriliş zamanı yaralanan insanlarla əlaqədar xəstəxanaları yetərli həcmdə qan ehtiyatı ilə təmin etdik”.

Türkiyə Qızıl Aypara Cəmiyyətinin prezidenti Cenevrə Konvensiyasına əsasən silahlı birləşmələrin mülki insanlara atəş açmasının hərbi cinayət olduğunu söyləyib:

“Həmin gün bizə vertolyotlardan belə atəş açdılar. Bu faktın özü belə beynəlxalq təşkilatların, dövlətlərin, məhkəmənin Türkiyə xalqının yanında olmasını təmin etməyə yetərlidir. Amma görürük ki, FETÖ dünya ictimaiyyətində də yanlış rəy yaradır. Keçən il Məkkədə Həcc ziyarətində olanda bir pakistanlı mənə dedi ki, Rəcəb Tayyib Ərdoğanın çevriliş edərək, 150 min insanı öldürməsi doğrudurmu? Bu, FETÖ-nun dünyada yanlış ictimai rəy yaratmaq istiqamətində səylərinin nəticəsidir. Biz mediadan haqlarımızı qorumağı xahiş edirik. Mən xarici ölkələrin media təmsilçilərinə Türkiyəyə səfər etdiyi üçün təşəkkür edirəm”.

Yenicag.az

www.yenicag.az

4173
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv