Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türkiyə referendumu: xaricdə səs verənlərin 62 faizi “Evet” dedi

Türkiyədə 16 aprel Konstitusiya referendumu çərçivəsində xarici ölkələrdə yaradılmış seçki məntəqələrində səsvermə prosesi başa çatıb.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, bu günlərdə ölkə xaricində olan türkiyəli seçicilər son olaraq, ABŞ-ın Kaliforniya ştatında səsvermə hüququndan istifadə ediblər.

MAK Müşavirliyi Konstitusiya ilə bağlı xaricdə artıq başa çatmış səsvermə prosesinin yekunlarına dair xüsusi hesabat hazırlayıb.

Qurumun məlumatına görə, xaricdə səs verən Türkiyə vətəndaşları ümumi seçicilərin 3 faizini təşkil edir.
Hesabata əsasən, xarici ölkələrdə səs verən Türkiyə vətəndaşlarının 62 faizi “Evet”, 38 faizi isə “Xeyr” tərəfdarı olub.
Maraqlıdır ki, səsvermənin təşkil edildiyi xarici ölkələrdən yalnız ABŞ-da “Xeyr” tərəfdarları üstünlük təşkil ediblər.

Yeniçağ.Az

Loading...

www.yenicag.az

531
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100