Türkiyə Rəqqa əməliyyatında iştirakdan imtina edib

Türkiyə Suriyanın Rəqqa şəhərinin İŞİD-dən azad olunması əməliyyatında iştirak etməyəcək. Buna səbəb ABŞ-ın əməliyyata Suriya kürdlərinin YPG qruplaşmasını cəlb etmək niyyətində olmasıdır.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İstanbulda sahibkarlarla görüşündə bildirib.

“ABŞ-a səfər zamanı biz Rəqqa əməliyyatını müzakirə etdik və ABŞ-ın bu əməliyyata həssaslıqla yanaşdığını gördük. Biz dedik: əgər YPG orada olacaqsa, biz iştirak etməyəcəyik, əməliyyatı özünüz keçirəcəksiniz. Əgər Rəqqaya dair qərarınız belədirsə – onda sizə uğurlar diləyirik”.

Yeniçağ.Az

COP29