!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə-Rusiya davasında kimin yanında olmalıyıq? – Siyasətçilərin mövqeyi

!Reklam – Yazi

12305473_1034848933224441_1950010483_nuklRusiya ilə Türkiyə arasındakı gərginlik azalmaq bilmir. Xüsusən Rusiya tərəfi kəskin qərarlar qəbul edir.
Türkiyənin hava limanını pozan Su-24 qırıcı təyyarəsi vurulandan sonra Türkiyənin Moskvadakı səfirliyinə basqın olub. Hücum edənlər Türkiyə səfirliyinin binasını daşlayıblar. Bundan sonra isə Türkiyəyə məxsus tırların olduğu ərazi bombardman edilib. 7 nəfər ölüb, 20 tır yanaraq kül olub.

Politoloqlar və istisadçılar iki ölkə arasındakı münasibətlərin korlanmasının həm siyasi, həm də iqtisadi baxımdan yalnış olacağını və fəsadlar verəcəyini proqnozlaşdırırlar.

Vəziyyətin getdikcə dərinləşdiyini görən bəzi ölkələr öz mövqelərini nümayiş etdirməklə kimin yanında olduqlarını dilə gətirirlər.

Azərbaycanlı deputatlar, ictimai xadimlər bu məsələ ilə bağlı öz mövqelərini ifadə etsələr də, Rəsmi Bakı hələ də susqunluq nümayiş etdirir.

Bəs Rusiya-Turkiyə məsələsində Azərbaycan hansı mövqedən çıxış etməlidir?

AzNews.az bu sualla siyasi partiya liderlərinə müraciət edib.

etibarmemmedov

 

 

 

Azəbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov isə iki ölkə arasında yaranmış gərginlikdə Azərbaycanın Türkiyənin yanında yer almalı olduğunu bildirib: “Türkiyə Azərbaycanın yeganə müttəfiqidir. Rusiya Türkiyənin ərazisinə girib, onlar da həmin təyyarəni vurub. Rusiyanın özbaşınalığına son qoyulmalıdır”.

 

 

serdarcelalogluesasAzərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu vurğulayıb ki, Azərbaycanın bu məsələdə öz narahatlığını ifadə etməyi mütləqdir: “Azərbaycan İraqı, xüsusilə də türkmənlərin bombalanması ilə bağlı narahatlığını ifadə etməlidir. Xəzər dənizindən Rusiyanın istifadə etməsinə etiraz etməlidir. Türkiyə Azərbaycanın hərbi müttəfiqidir. Türkiyə bu məsələdə hansı mövqedədirsə, Azərbaycan da həmin mövqedən çıxış etməlidir və onun yanında olmalıdır. Türkiyə Qarabağ məsələsinə Azərbaycandan əvvəl mövqe bildirib, beynəlxalq aləmdə bizim maraqlarımızı müdafiə edib. Belə bir şəraitdə Türkiyənin hüquqlarında hər hansı təhlükə varsa, Azərbaycan mütləq bu prosesdə fikrini bildirməlidir. Hətta lazım gəlsə Türkiyəyə hərbi dəstək də verməlidir. Azərbaycan susmamalıdır”.

vurguneyyubghfgbAzərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədr müavini Vurğun Əyyub hesab edir ki, Azəbaycan iki ölkə – Rusiya və Türkiyə arasında yaranmış bu gərginlikdə Türkiyənin yanında olmalıdır: “Qardaş Türkiyə ilə Rusiya arasında yaşanan gərginlik hər bir düşünən, müharibəni, qan-qadanı istəməyən insanı narahat edir. Amma bu narahatlığın yaratdığı əsəbi və qəzəbi Türkiyənin üzərinə tökənləri anlamaq mümkün deyil. Rusiyanın qanunazidd hərəkətlərinin, şovinist azğınlığının qarşısı alınmasa, daha böyük fəlakətlər törəyəcək. Köləliyi azadlıqdan, rahat yaşayışı şərəf və qürurdan üstün tutanların haray-həşiri, özünü “rus uşağı” sayanların, narahatlıq adı altında Türkiyəyə hədə-qorxu gəlmələri ürək bulandırır. Türkiyəni Rusiyanın gücü ilə hədələyənlər hələ də 30 il əvvəlin düşüncəsindədirlər. Rusiya ilə yaranmış gərginlik Türkiyəyə nə qədər narahatlıq yaratsa da, ciddi təhlükə törədə bilməz. Nə Rusiya əvvəllər olduğu qədər güclüdür, nə də Türkiyə o qədər zəifdir”.
sexavet_elisoy_xeberMüsavat partiyasının sədr müavini, Divan üzvü Səxavət Soltanlı qeyd edib ki, Azərbaycan Türkiyənin haqlı mövqeyinə dəstək verməlidir: “Türkiyə Azərbaycanın təbii müttəfiqidir, buna bənzər bütün vəziyyətlərdə Azərbaycan Türkiyəyə daha yaxın olmalıdır. Əgər Türkiyənin bu dəstəyə ehtiyacı yaranarsa, açıq şəkildə yanında durmalıdır. İndiki halda Azərbaycanın mənəvi dəstəkdən başqa enerji məsələlərində Türkiyəylə daha sıx əmədaşlıq etməyə ehtiyac yaranarsa, Azərbaycan bu məsələdə ciddi addımlar atmalıdır. Bu məsələdə tərəfsizlik Azərbaycanın strateji maraqlarına uyğun deyil. Azərbaycan mövqe qoymalıdır ki, ehtiyac olacağı halda Türkiyənin Azərbaycana birmənalı dəstək verəcəyi təsəvvürü hər kəsdə açıq şəkildə formalaşsın və möhkəmlənsin”.
fuad_qehremanliAzərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı düşünür ki, iki ölkə arasında yaranmış prosesdə Azərbaycan neytral mövqedə qalmamalıdır: “Təbii ki, bu, həssas məsələdir. Türkiyənin hava sərhədini pozduğuna görə Rusiyanın hava təyyarəsinin vurulması iki ölkə arasında getdikcə artan gərginliyə səbəb olub. Hazırda bu gərginlik təkcə hərbi sahədə deyil, açıq şəkildə siyasi qarşıdurmalarla müşahidə olunur. Bu prosesdə Türkiyənin müttəfiqi olan NATO blokuna daxil olan ölkələrin bir çoxu öz mövqeyini bəyan edib, Türkiyənin öz hava məkanını qorumağında haqqı olduğunu deyib və dəstəkləyib. Bu prosesdə Azərbaycanın neytral qalması başa düşülən deyil. Azəbaycan Türkiyənin öz sərhədlərini qorumaq haqqına öz siyasi dəstəyini ifadə etməlidir. Çünki Türkiyə Azərbaycanın ərazi bütölüyünün dəstəklənməsində həmişə birmənalı şəkildə mövqe bildirib və Azərbaycana müttəfiq rolundan çıxış edib. Həssas məqamda Azərbaycanın mövqe bildirməməsi kifayət qədər təəssüf doğurur və münasibətlərə xələl gətirən yanaşmadır. Təəssüf ki, hətta Türkiyənin Rusiyadan üzr istəməsi olayı da gündəmə gəlib. Yaranmış vəziyyətdə Azərbaycan Türkiyənin mövqeyinə dəstək verməlidir”.

 

Yenicag.az

www.yenicag.az

541
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv