!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə-Rusiya-İran əməkdaşlığı ABŞ-ın planlarını alt-üst edəcək

!Reklam – Yazi

Amerikanın nüfuzlu qəzeti “Washington Post”da ABŞ-ın Yaxın Şərq planlarına dair araşdırma yazısı yayımlanıb.

Yenicag.az xəbər verir ki, “ABŞ İŞİD-dən sonra Suriyada qalmağın yollarını axtarır” başlıqlı yazıda PKK-nın Suriya qolu YPG-yə verilən dəstək barədə ətraflı məlumat yayılıb. ABŞ İŞİD-in məğlubiyyətə uğradıldığı Yaxın Şərqdə daha uzun müddət qalmaq üçün bəhanələr yaradır. Pentaqonun silah dəstəyi verdiyi YPG bu məqsədə çatmaq üçün hələlik ən yaxşı vasitədir. Vətəndaş müharibəsinin 7-ci ilində Suriyada demək olar ki, terror təşkilatı İŞİD-in kökü kəsilib. Digər bir terror təşkilatı YPG isə ABŞ-ın köməyilə geniş bir ərazini nəzarəti altına alıb.

ABŞ bölgəyə töhfələrini verən Rusiya-Türkiyə-İran əməkdaşlığının qarşısına yeni bir güc çıxartmağa çalışır. Bununla belə, xüsusilə Türkiyə regionda marionet güc mərkəzlərinin yaradılmasına icazə verməyəcək. Sərhəd təhlükəsizliyi məsələsində daim sayıqlığını qoruyan ölkə ABŞ-ın bu planını boşa çıxartmaq gücünə malikdir”.

Amerikanın nüfuzlu qəzetində gedən bu yazıya Yenicag.az-a açıqlamasında münasibət bildirən siyasi icmalçı Vüqar Ziferoğlu bildirdi ki, Ankara-Moskva-Tehran üçbucağı səmimi olduğu halda, Vaşinqtonun bölgə ilə bağlı yeni planları da puça çıxacaq:

vugar“ABŞ-ın Suriya və İraqda kürd qruplaşmalarına “stavka” etməsi yeni hadisə deyil. Ümumiyyətlə, regionda gedən proseslərdə Qərb həmişə kürd separatçılarına güvənib. Onlar zaman-zaman PKK-ya, həm də PYD-YPG-yə dəstək olublar. Bu mənada ABŞ-ın Yaxın Şərqdəki hər hansı bir qruplaşmanı irəli çəkməklə yaranan Rusiya-Türkiyə-İran üçbucağına qarşı mövqe ortaya qoymağa çalışması təbii görünməlidir. Amma burada başqa bir məqam İŞİD-dən sonra bölgədə boşluğun yaranması ilə bağlıdır. Ümumiyyətlə, Yaxın Şərqdəki proseslərə nəzər yetirəndə görürük ki, bölgə heç zaman boşluğu qəbul etmir. Həmişə hansısa bir qruplaşma sıradan çıxarsa, dərhal onun yerini başqa qruplaşmalar tutur. Bu mənada mümkündür ki, ABŞ Suriya və İraqın şimalında mövqeləri əldən verməmək və boşluğu öz marağına uyğun şəkildə doldurmaq üçün kürd separatçılarını irəli çəksin. Lakin Vaşinqtonun buna nail olub-olmayacağını əslində, zaman göstərəcək.

Amma məsələ ondadır ki, sırf kürd qruplaşmalarına güvənməklə bölgədəki boşluğu doldurmaq çətin olacaq. Çünki bölgədə kifayət qədər radikal islam qruplaşmaları var ki, onlar Qərbin etnik formada hazırladığı qruplaşmanı qətiyyən qəbul etməyəcəklər. İkinci bir tərəfdən, regionda bölgə ölkələri də aktiv siyasət yürüdür. Bu fonda Türkiyə və İran faktorunu qabartmaq lazımdır. Belədə ABŞ-ın bu planının boşa çıxması Türkiyə-Rusiya-İran birliyinin nə dərəcədə səmimi birlik olacağından asılıdır. Hansı ki, bu birlik ancaq xarici şərtlərin təzyiqilə formalaşıb. Ona görə də ondan səmimi və fundamental əməkdaşlığı da gözləyə bilmərik. Çünki Türkiyə, Rusiya və İran həmişə siyasi maraqları toqquşan ölkələr olublar. ABŞ-ı Yaxın Şərqdəki siyasətini hansı formada apara biləcəyi məhz gələcəkdə Ankara-Moskva-Tehran birliyinin nə dərəcədə ayaq üstdə dura biləcəyindən asılıdır. Bütün hallarda Yaxın Şərqdə İŞİD-in darmadağın edilməsindən sonra da böyük bir oyunun, qarşıdurmanın qurulduğunun şahidi oluruq. Hansı ki, həmin oyunun hansı nəticələrə aparıb çıxaracağını da indidən proqnozlaşdırmaq çətindir”.

ELÇİN

www.yenicag.az

2483
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv