Yanvarın əvvəlində Rusiyada Türkiyə-Rusiya-İran liderlərinin iştirakı ilə üçtərəfli görüş keçiriləcək.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov xəbər verib.
Görüş Suriyadakı vəziyyətin tənzimlənməsini hədəfləyən Astana danışıqları formatında baş tutacaq.
Sammitin yanvarın birinci həftəsində, prezidentlərin iş cədvəlindən uyğun keçirilməsi nəzərdə tutulub.