!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Türkiyə-Rusiya münasibətlərinin inkişafında Azərbaycan mühüm rol oynayır” - Dövlət Dumasının deputatı  

!Reklam – Yazi

“İqtisadçılar Türkiyə ilə Rusiya arasında ticarət dövriyyəsinin həcmini 100 milyard dollara qaldırmağın mümkünlüyünə inanırlar”.

Bu fikirləri Yenicag.Ru-ya geniş açıqlamasında Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev deyib.

Ötən həftə keçirilmiş İzmir Sərisinə qatılan Rusiya nümayəndə heyətinə rəhbərlik etmiş Savelyev iki ölkə arasında siyasi-iqtisadi münasibətlərin sürətlə genişləndirildiyini bildirib:

“Xatırladım ki, məlum böhrana qədər Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 30 milyard dollar təşkil edirdi. Ancaq böhranın aradan qaldırılmasından sonra hazırda həmin göstərici 17 milyard dollar civarındadır.

Bununla belə, qarşılıqlı ticarət dövriyyəsinin həcmi böhrandan əvvəlki həddə sürətlə yaxınlaşır. Hətta iqtisadçılar Türkiyə ilə Rusiya arasında ticarət dövriyyəsinin həcmini 100 milyard dollara qaldırmağın mümkünlüyünə inanırlar”.

Savelyev əlavə edib ki, Rusiya-Türkiyə münasibətlərinin inkişaf etdirilməsində Azərbaycan da mühüm rol oynayır:

“Rusiya ilə Türkiyənin inkişaf məntiqi göstərir ki, bu ölkələr hər zaman strateji tərəfdaş olacaqlar. Bu ittifaqda daha bir qonşu ölkə – Azərbaycan olduqca mühüm rol oynayır.

Rusiya-Türkiyə münasibətləri Cənubi Qafqazda sabitliyin, Krımda isə təhlükəsizliyin təminatıdır. Eyni zamanda, Rusiya ilə əlaqələrini genişləndirən Qafqazın türk xalqları mədəni və tarixi baxımdan Türkiyə ilə yaxınlığa can atırlar.
Bu dediklərimin ən parlaq nümunəsi isə hər iki ölkə ilə yaxın münasibətlər saxlayan Azərbaycandır. Mən bu çərçivədə sadəcə, bir üçtərəfli layihəni qeyd etmək istərdim: “İpək yolu”nun Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçən hissəsi olan nəqliyyat dəhlizinin yaradılması.

Hazırda Bakı-Qars-Tiflis dəmiryolunun tikintisi başa çatmaq üzrədir. Bunun ən mühüm nəticəsi Çindən Türkiyəyə qədər olan coğrafiyada yüklərin rentabelli və sürətli daşınmasının təmin olunmasıdır.

Fikrimi belə yekunlaşdırmaq istərdim ki, ABŞ son onilliklərdə Yaxın Şərqdəki müttəfiqlərini itirdiyi halda, Rusiya qarşılıqlı faydaya əsaslanan regional ittifaqlar qurub”.

Yenicag.Az

www.yenicag.az

1041
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv