!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə-Rusiya razılaşması İdlibə sakitlik gətirdi: Döyüşlər dayanır

!Reklam – Yazi

İdlibdə döyüşlərin dayandırılması məqsədiylə ağır silahlar geri çəkilir.

Yenicag.az xəbər verir ki, bu brədə Türkiyənin “Anadolu” xəbər agentliyi məlumat yayıb.

Məlumata əsasən, Türkiyə ilə Rusiya arasında Soçidə əldə edilən razılaşma çərçivəsində, Suriyalı hərbi müxaliflər İdlibdəki cəbhə xəttindən ağır silahlarını çəkir.

Bəşər Əsəd rejiminin ola biləcək hücumlarına qarşı dayana bilək üçün yüngül silahların cəbhə xəttində qalacağını, xəndək açma və sipər qazma işlərinin davam edəcəyi bildirilib. Ağır silahların çıxardılmasına nəzarəti bölgədəki Türkiyə səlahiyyətliləri həyata keçirir.

Qeyd edək ki, Türkiyə prezidenti Ərdoğanın təklifi ilə, Türkiyə və Rusiya prezidentləri Tehran zirvəsindən sonra Soçidə atəşkəsin qorunması və möhkəmləndirilməsi üçün əlavə tədbirlər üzərində razılaşmışdı.

Müqavilə 15 oktyabr tarixinə qədər bölgədə, 15-20 kilometr məsafədə silahsızlanma zonasının yaradılması və bu işə nəzarətin türk və rus əsgərlərinin başçılıq etməsini nəzərdə tutur.

www.yenicag.az

9842
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv