Türkiyə Rusiya təyyarələri üçün hava məkanını bağladı

Türkiyə Rusiya təyyarələri üçün hava məkanını bağlayıb.

Yenicag.az TRT-yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.

Nazir qeyd edib ki, Türkiyə rəsmi Moskva ilə danışaraq Rusiyadan Suriyaya hərbçi daşıyan bütün mülki və hərbi təyyarələrə hava məkanını qapadıb.