Türkiyə Rusiya təyyarəsini öz hava məkanına buraxmadı

Türkiyə Rusiya hava yolları şirkətinə məxsus təyyarəni öz hava məkanına buraxmayıb.

Yenicag.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, hadisə fevralın 19-da baş verib. “Superjet 100” sərnişin təyyarəsi Soçidən İstanbula uçan zaman yaranan texniki problemə görə onun Türkiyənin hava məkanına daxil olmasına icazə verilməyib.

Həmin vaxt təyyarənin göyərtəsində 79 sərnişin, 2 pilot və 3 təyyarə bələdçisi olub.

Nəticədə pilotlar təyyarəni Soçiyə geri qaytarmağa məcbur qalıb. Təyyarənin enişindən sonra hava gəmisi texniki baxış və təmir işləri üçün istismardan çıxarılıb. Daşıyıcı sərnişinləri İstanbula alternativ təyyarə ilə yollayıb.