Türkiyə, Rusiya və İran razılaşdı: PKK-ya keçid verilmir

Qazaxıstanın paytaxtı Astanada əldə olunan razılığa əsasən Suriyanın İdlib şəhəri üç bölgəyə ayrılacaq.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Əl-Qaidə terror təşkilatına bağlı qrupların nəzarəti altında olan İdlib şəhərinin atəşkəs zonasına daxil edilməsi barədə razılıq əldə olunub. Rəsmi Ankara və Moskva ikimərhələli planlarını təqdim edib, İran isə bu plana daha bir yenilik əlavə edib. Yekun olaraq, İdlib şəhərində üç bölgə yaradılacaq və beləliklə də PKK-nın bu şəhərdən dəhliz kimi istifadəsinə imkan verilməyəcək. Türkiyə ilə sərhəd olan bölgə TSK və Azad Suriya Ordusunun nəzarətinə veriləcək, ikinci bölgəni isə Rusiya və İran əsgərləri müdafiə edəcək. Rusiyanın terror siyasında olan Fətih əş-Şamın mövcud olduğu üçüncü bölgə isə Rusiya tərəfindən mühasirəyə alınacaq və təşkilat üzvlərindən təmizlənəcək.

Qeyd edək ki, Astana danışıqlarında İdlib şəhəri ətrafında razılığın əldə edilməsi problemin ümumi həlli üçün əhəmiyyətli addım hesab edilir.

COP29