Türkiyə, Rusiya və İran Astana görüşündə qonşu Suriyanın milli təhlükəsizliyini təhdid edən separatçı gündəmlərlə mübarizədə qətiyyətlərini bir daha bəyan ediblər.
Yenicag.az-ın verdiyi xəbərə görə, bu barədə Astana görüşünün nəticələrinə dair bəyanatda deyilir.
Qeyd olunub ki, Türkiyə, Rusiya və İran Suriyanın şimal-şərqində qeyri-qanuni özünüidarəetmə cəhdlərini və terrorçu birləşmələrini (PKK/YPG) dəstəkləyən ölkələrin hərəkətlərini pisləyib.
Bundan əlavə, Astana görüşündə Türkiyə-Suriya münasibətlərinin normallaşması üçün məsləhətləşmələrdə yol xəritəsinin hazırlanması ilə bağlı irəliləyiş müzakirə olunub.