Türkiyə, Rusiya və İran yenidən toplanır: Bu dəfə Moskvada

Suriyada atəşkəsə zəmanət verən üç əsas ölkə – Türkiyə, Rusiya və İrandan olan yüksək çinli diplomatlar Moskvada toplanacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü məlumat verib. Görüşün oktyabrın 23-də keçirilməsi planlaşdırılır.

Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi və xarici işlər nazirinin müavini Mixail Boqdanov jurnalistlərə bildirib ki, İran xarici işlər nazirinin müavini Hüseyn Cabir Ansari çərşənbə axşamı Moskvaya səfər edəcək. Türkiyə tərəfini isə xarici işlər nazirinin müavini Sedat Önal təmsil edəcək.

COP29