Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Rusiyanın XİN rəhbəri Sergey Lavrov arasında telefon danışığı olub.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, nazirlər Suriya probleminin nizamlanması ilə bağlı addımların gələcək koordinasiyasını müzakirə ediblər.
Mövlud Çavuşoğlu telefon danışığı zamanı Türkiyə, Rusiya və Suriya xarici işlər nazirləri arasında üçtərəfli görüşün keçirilməsi barədə müzakirə aparıldığını söyləyib.
Türkiyə xarici işlər naziri görüşün Moskvada, yaxud üçüncü bir ölkədə keçirilə biləcəyini də qeyd edib.
Qeyd edək ki, bundan öncə Moskvada Türkiyə, Rusiya və Suriya müdafiə nazirləri arasında görüş keçirilib.