Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Türkiyə Rusiyadan izahat tələb etdi

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) terrorçu Mihrac Uralın Soçi konqresində iştirak etməsi ilə bağlı Rusiyadan izahat istəyib.

Yenicag.az xəbər verir ki, tədbirdə iştirak edən Türkiyənin nümayəndə heyəti 2013-cü ildə Reyhanlıda 52 nəfərin ölümü ilə nəticələnən terror hücumunda iştirak etmiş Türkiyə Xalq Qurtuluş Partiyasının üzvü Mihrac Uralın Soçi konqresinin iştirakçıları arasında olmasını narazılıqla qarşılayıb.

Türkiyə tərəfi tədbirin təşkilatçısı olan Rusiya tərəfindən bununla bağlı izahat tələb edib. Rusiya tərəfi isə məsələnin araşdırılacağını və bununla bağlı açıqlama veriləcəyini bildirib.

www.yenicag.az

702
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM