Türkiyə Rusiyaya qarşı heç bir tədbir görməyəcək – Bəkir Bozdağ

Türkiyə “Skripalın işi” üzrə Rusiyaya qarşı hər hansı tədbir görmək niyyətində deyil.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə hökumətinin sözçüsü və baş nazirin müavini Bəkir Bozdağ məlumat verib. O, yerli mətbuata açıqlamasında bunları söyləyib:

“Bu böhran Rusiya və Böyük Britaniya münasibətlərinə aiddir. Tərəflər özləri problemi həll etməlidirlər. Türkiyə Rusiyaya qarşı heç bir tədbir görmək niyyətində deyil. Rusiya ilə yaxşı münasibətlərimiz var”.