Türkiyə S-400-ləri bu ərazilərdə yerləşdirəcək

Türkiyəni hava hücumlarından qoruyacaq olan dünyanın ən inkişaf etmiş S-400 sistemlərinin yerləşdiriləcəyi ərazilər müəyyən olunub.

Yenicag.az xəbər veri ki, Türkiyənin müdafiə naziri Hulusi Akar sözügedən zenit-raket kompleksinin İstanbul və paytaxt Ankarayla yanaşı, Egey sahilləri və cənub sərhəddində yerləşdiriləcəyini bildirib.

Qeyd edək ki, texnikanın Rusiyadan Türkiyəyə transferi bu yay baş tutacaq.