Türkiyə S-400-ləri “Polad Günbəz”ə inteqrasiya edə bilər

Türkiyə Rusiyadan aldığı S-400 zenit-raket komplekslərini “Polad Günbəz” hava hücumundan müdafiə sistemində istifadə edə bilər.

Yenicag.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.

“S-400 hava hücumundan müdafiə sistemləri də bu sistemə daxil edilə bilər. Bu, bizim milli sistemimiz olduğu üçün S-400-ləri ona bağlaya bilərik”, – Türkiyənin müdafiə və təhlükəsizlik üzrə analitiki Turan Oğuz deyib.

COP29