!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Türkiyə "S-400"ləri, ABŞ isə Fətullah Güləni geri qaytarmayacaq” – Elxan Şahinoğlu

!Reklam – Yazi

“Respublikaçıların qondarma “erməni soyqırımı” qətnaməsinin Senatda müzakirəsini əngəlləmələri Ərdoğana bir mesaj idi”.

Bu fikriləri Yenicag.az-a açıqlamasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Vaşinqton səfəri çərçivəsində ABŞ prezidenti Donald Trampla görüşünün nəticələrini dəyərləndirən politoloq Elxan Şahinoğlu deyib.

Elxan Şahinoğlunun sözlərinə görə, ABŞ və Türkiyə prezidentlərinin görüşündə iki dövlət arasında gərginliyə səbəb olan məsələlər öz həllini tapmayıb:

“Tramp və Ərdoğan arasında təkbətək və nümayəndə heyətləri arasında görüşlər keçirildi. Daha sonra bəlkə də Amerika siyasi tarixində görünməmiş bir hadisə baş verdi: Ağ Evin sahibi qonaq prezidenti Konqres üzvləri ilə də görüşdürdü və bu, televiziya ilə canlı yayımlandı.

Mənə elə gəlir ki, prezidentlərin görüşündə ciddi məsələlər müzakirə edildi. Birinci növbədə Türkiyənin Rusiyadan aldığı S-400 raketləri ətrafında fikir mübadiləsi aparıldığı şübhə doğurmur. Çünki Tramp deyirdi ki, bu məsələ həll olunmadan digər ümumi problemləri də aradan qaldırmaq mümkün olmayacaq.

Hətta açıq tələbb irəli sürülürdü ki, Türkiyə “S-400″ləri geri qaytarmalıdır. Halbuki bu, artıq mümkün deyil. Türkiyənin S-400 raketlərini geri qaytaracağını ehtimal olaraq düşündükdə belə Trampın Ankaraya verdiyi bütün vəcləri yerinə yetirəcəyi inandırıcı deyil.

Ona görə də, “S-400” məsələsində hər hansı mövqe dəyişikliyi olmadı. Üstəgəl, mətbuat konfransında Ərdoğan Türkiyəni narahat edən əsas məqamları açıqladı. Birincisi, onu vurğuladı ki, terorçubaşı Fətullah Gülən yenə də Amerikada çox yaxşı yaşayır və siz onu geri qaytarmırsınız.

İkincisi isə terrorçu PKK-nın Suriya qanadı olan YPG təmsilçilərini Vaşinqtonda yüksək səviyyədə qəbul edilir. Bu məsələlərin açıq qalması onu deməyə əsas verir ki, Türkiyə ilə ABŞ arasında gərginliyə səbəb olan məsələlər həll edilməmiş qaldı”.

Politoloq Türkiyənin “S-400″lərdən imtina etməyəcəyini, belə olan təqdirdə də Amerikanın yeni sanksiyalarının gündəmə gələcəyini vurğulayıb:

“Türkiyə S-400 raketlərindən imtina etməyəcək və ABŞ da nə Güləni geri verəcək, nə də PKK-nın qolları ilə əməkdaşlığı dayandıracaq. Bu problemlər həll olunmadıqca hər iki dövlət bir-birinin “ayağına basmamağa” çalışmalıdır. O halda, ziddiyyətlər daha da kəskinləşməz.

Amma məsələ burasındadır ki, gələn ilin aprel ayında S-400 raket kompleksləri artıq döyüşə hazır vəziyyətə gətiriləcək. Bundan sonra Amerikanın sanksiyalarının gündəmə gəlməsi mümkündür. Tramp Ərdoğana onu da işarə etdi ki, “S-400″lər geri qaytarılmasa, sanksiyaların qarşısını mən də ala bilməyəcəm.

Lakin hadisələr belə inkişaf edərsə, bundan tək Türkiyə yox, Amerika da itirəcək. Çünki sanksiyaların tətbiqindən sonra Türkiyə Rusiya ilə əməkdaşlığı daha da gücləndirəcək.

Nəticədə xeyli korlanmış Türkiyə-ABŞ münasibətlərindəki çatlar xeyli dərinləşəcək. Ağ Evdəki görüşdən bir neçə saat sonra Respublikaçılar Ərdoğana bir jest olaraq, qondarma “erməni soyqırımı” qətnaməsinin Senatda müzakirəsini əngəllədilər.

Bununla işarə verdilər ki, biz deyənlər olsa, Türkiyə ilə strateji mttəfiqliyi bərpa etməyə hazırıq. Amma qondarma “soyqırımı”nın tanınması Türkiyə üçün elə də böyük bir problem deyil. Qoy, tanısınlar. Bu, nəyi dəyişəcək ki?”

Aqil Bəkir

www.yenicag.az

1325
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv