Türkiyə sahillərində 5.9 bal gücündə zəlzələ

Türkiyə sahillərindən bir neçə kilometr məsafədə yerləşən Yunanıstanın Dodekanes arxipelaqı yaxınlığında 5.9 bal gücündə zəlzələ olub.

Yenicag.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.

Zəlzələnin episentri təxminən 2,5 min insanın yaşadığı Kefalos şəhərindən 39 km cənub-şərqdə, ocağı 2 km dərinlikdə yerləşib.

 

Dağıntı və itkilər barədə məlumat verilməyib.