Türkiyə sahillərində ardıcıl üç zəlzələ

Türkiyə sahillərində üç zəlzələ olub.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata əsasən, Egey dənizində 4,1 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanların episentri Türkiyənin Muğla vilayətinin Datça rayonundan 44,26 kilometr məsafədə yerləşib. Zəlzələnin ocağı 7,60 kilometr dərinlikdə olub.

Məlumata əsasən, 4,6 bal gücündə olan yeraltı təkanlar Muğla vilayətinin Datça rayonu sahillərində qeydə alınıb.

Zəlzələnin episentri Datça rayonundan 51,98 kilometr məsafədə, ocağı isə 12,70 kilometr dərinlikdə yerləşib.

Eyni bölgədə daha bir zəlzələ baş verib. Onun maqnitudası 4,4 bal təşkil edib. Zəlzələnin episentri Datça rayonundan 43,72 kilometr məfadəfə, ocağı tərəfindən 7,15 kilometr dərinlikdə olub.