Türkiyə sahillərində güclü zəlzələ

Türkiyə sahillərində 4,0 bal gücündə zəlzələ baş verib.

Yenicag.az-ın məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 01:11-də Egey dənizi sahillərində qeydə alınıb.

Zəlzələnin episentri Türkiyənin İzmir vilayətinin Urla rayonundan 21 kilometr məsafədə, ocağı isə 12 kilometr dərinlikdə yerləşib.