Türkiyə sahillərində qayıq batdı: Ölənlər var

Türkiyənin Çanaqqala əyalətinin Ayvacık rayonu sahillərində qanunsuz miqrantları daşıyan qayıq batıb.

Yenicag.az xəbər verir ki, hadisə nəticəsində azı 6 nəfər həlak olub, 15 miqrant xilas edilib.

Məlumata əsasən, ölənlərdən 4-ü uşaqdır.