Türkiyə sahillərində zəlzələ oldu

Egey dənizində 4 bal gücündə zəlzələ baş verib.

Yenicag.az xəbər verir ki, məlumata görə, yeraltı təkanlar Çanaqqala vilayətində, Gökçeada rayonundan 155,72 kilometr məsafədə qeydə alınıb. Zəlzələnin ocağı 15,35 kilometr dərinlikdə yerləşib.

Həmçinin yerli vaxtla saat 23:19-da Denizli əyalətində də 3 bal gücündə zəlzələ qeydə alınıb. Dağıntı və ya tələfat qeydə alınmayıb.