Türkiyənin Antalya vilayəti sahillərində 4,1 bal gücündə zəlzələ baş verib.
Yenicag.az-ın məlumatına görə, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) xəbər yayıb.
Bildirilib ki, zəlzələ Aralıq dənizində yerli vaxtla saat 05:05-də qeydə alınıb. Yeraltı təkanların ocağı 14,20 kilometr dərinlikdə yerləşib.