Aralıq dənizinin Türkiyə sahillərində 4 bal gücündə zəlzələ olub.
Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 01:38-də qeydə alınıb.
Zəlzələnin episentri Hatay əyalətinin Yayladağı rayonunun sahillərində, ocağı isə 27,45 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.