Türkiyə sahillərində zəlzələ

Aralıq dənizində Türkiyə sahillərində 4,3 bal gücündə zəlzələ baş verib.

Yenicag.az xəbər verir ki , yeraltı təkanların episentri Muğla əyalətinin Marmaris şəhərindən 155 kilometr aralıda, ocağı isə 7 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.